Roman Maryanoviç Lubkivski (; ) — Sovet və Ukrayna yazıçısı, dövlət və ictimai xadimi, Ukraynanın Fövqəladə və Səlahiyyətli səfiri, Ukraynanın Əməkdar incəsənət xadimi (2006).

Həyatı Roman Lubkivski Ukraynanın hazırkı Ternopil vilayətinin Terebovlya rayonunun Ostrovets kəndində anadan olub. 1963-cü ildə İvan Franko adına Lvov Milli Universitetinin Filologiya fakültəsini bitirib. Lvovun "Jovten" (1990-cı ildən "Dzvin") ədəbi jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.

O, 1976-cı ildən Ukrayna Yazıçılar Birliyinin üzvüdür.

1980–1992-ci illərdə Ukrayna Yazıçılar Birliyinin Lvov təşkilatının sədri, PEN klubun üzvü, Ukrayna Xalq Ruhunun (Narodnıy Rux) Təsis qurultayının nümayəndəsi, 1990–1994-cü illərdə Ukrayna Ali Radasının xalq deputatı olmuşdur. Roman Lubkivskinin təşəbbüsü ilə Ukraynada, Ukrayna prezidentlərinin Ukraynanın ən qədim mənəvi dəyəri olan ənənələrindən: Peresopnitsa İncilinə and içmə ənənəsi yaranmışdır. O, 1992–1993-cü illərdə Ukraynanın Çexoslovakiya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 1993–1995-ci illərdə Ukraynanın Çex Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, 2006–2007-ci illərdə isə Taras Şevçenko adına Ukrayna Milli Mükafatı Komitəsinin sədri olmuşdur.

23 oktyabr 2015-ci ildə vəfat edən Roman Lubkivski Lvovdakı Lıçakov qəbiristanlığında dəfn edilib.

Ukrayna prezidenti Petro Poroşenko onun ölümünə Twitter-də yazmışdır: "Şair, diplomat və intellektual lider olan Roman Lubkivski vəfat etdi. Ukrayna onu xatırlayacaq!"

Əsas nəşrləri O, əsərlərini 1958-ci ildən nəşr etdirməyə başladı. Şeir topluları ayrıca nəşr olunub: «Зачудовані олені» (1965) «Громове дерево» (1967) «Рамена» (1969) «Смолоскипи» (1975) «Звіздар» (1977) «Майоліка» (1985) «Словацьке літо» (1986) «Карбівня» (1987) «Серпневе яблуко» (1989) «Погляд вічності» (1990) Roman Lubkivskinin əsərləri ingilis, belarus, bolqar, polyak, rus, serb, slovak, xorvat və çex dillərinə tərcümə olunub. Onun əksər slavyan ədəbiyyatlarından tərcümə əsərləri də vardır.

Mükafatları 1977 — Polşanın əməkdar mədəniyyət xadimi – tərcümə fəaliyyətinə və Ukraynada Polşa ədəbiyyatının populyarlaşmasına görə. 1979 — Pavlo Tiçina adına Ədəbi mükafat. 1984 — Çex Ədəbiyyat Fondunun Vitezslav Nezval mükafatı. 1988 — Orijinal və tərcümə olunmuş yaradıcılığa, Slovak xalqının mədəniyyətinə sədaqətə görə Pavol Hviezdoslav mükafatı. 1992 — Taras Şevçenko adına Ukrayna Milli mükafatı — "Əbədiyyətin baxışı" şeirlər toplusuna görə 1998 — III dərəcəli "Şərəf" ordeni.Указ Президента України від 08.12.1998 № 1337/98 Про відзначення нагородами України активістів Всеукраїнського товариства «Просвіта» імені Тараса Шевченка. 2006 — Ukraynanın əməkdar artisti 2008 — Vatslav Frixin "İvan Mazepa" dram əsərini ukrain dilinə tərcüməsinə görə Ars Translationis mükafatı. 2011 — II dərəcəli "Şərəf" ordeni..

İstinadlar

Ədəbiyyat Шевченківські лауреати 1962—2001: Енциклопедичний довідник. — К., 2001. — С. 305—307. В. М. Матвієнко. Лубківський Роман Мар’янович // Українська дипломатична енциклопедія: У 2-х т. /Редкол.:Л. В. Губерський (голова) та ін. — К: Знання України, 2004 — Т.1 — 760с. ISBN 966-316-039-X Новосядлий Б., Ониськів М. Лубківський Роман Мар’янович //

Kateqoriya:XX əsr şairləri