Bacrakitiyabha (d. 7 dekabr 1978 - ö. 11 iyun 2026) — Tailand kral ailəsinin nüfuzlu üzvlərindən olan şahzadə.

Həyatı Tailand kralı Maha Vaçiralonqkornun böyük övladı olan Bacrakitiyabha 7 dekabr 1978-ci ildə kral Vaciralonqkornun ilk həyat yoldaşı və əmisi qızı Şahzadə Soamsavalidən dünyaya gəlib. Uzun illər ərzində ölkəsinin ən tanınmış kral ailəsi üzvlərindən biri olub.

Təhsili Hüquq təhsili alan şahzadə ABŞ-dəki Kornell Universitetində magistr dərəcəsi əldə edib.

Karyerası Tailandın BMT-dəki nümayəndəliyində və Baş Prokurorluq sistemində fəaliyyət göstərib.

2012-2014-cü illərdə Tailandın Avstriyadakı səfiri olmuş, həmçinin bu müddət ərzində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) ilə sıx əməkdaşlıq etmişdir. O, xüsusilə qadın məhbusların hüquqlarının müdafiəsi və cinayət-ədliyyə sistemində islahatların aparılması istiqamətində fəaliyyəti ilə tanınmışdır.

2021-ci ildə kral Vaciralonqkorn tərəfindən şəxsi mühafizə xidmətinin qərargah rəisi təyin edilən şahzadəyə general rütbəsi də verilmişdi.

Maraqları Bacrakitiyabha həmçinin idmana böyük marağı ilə seçilir, uzun məsafəli qaçışlarda və müxtəlif idman tədbirlərində fəal iştirak edirdi.

Vəfatı 2022-ci ilin dekabrında itlərini məşq etdirərkən ürəkdə yaranmış mikoplazma infeksiyası nəticəsində baş verən ciddi ritm pozuntusu ilə əlaqədar huşunu itirib, 11 iyun 2026-cı ildə üç ildən artıq komada qaldıqdan sonra Banqkokdakı Çulalonqkorn Xəstəxanasında 47 yaşında vəfat edib.

Şahzadənin ölümü ilə Tailand monarxiyasında varislik məsələsi daha da qeyri-müəyyən xarakter alıb. Belə ki, onun vəfatı Tailandda taxt-tacın gələcək varisi ilə bağlı sualları yenidən gündəmə gətirib. Bir çox müşahidəçilər Bacrakitiyabhanı gələcəkdə ya taxt-tacın sahibi, ya da mümkün varis Dipanqkorn üçün regent ola biləcək ən güclü namizədlərdən biri hesab edirdilər.

Mənbə 3 ildir komada olan şahzadə vəfat etdi

Kateqoriya:Tailandda doğulanlar Kateqoriya:Tailandda vəfat edənlər Kateqoriya:Tailandın Avstriyadakı səfirləri