Seyid Asim Munir () — 1968-ci il təvəllüdlü Seyid Asim Munir Əhməd Şah hazırda Pakistan Silahlı Qüvvələrinin 11-ci Baş Qərargah rəisidir. O, bu vəzifəyə 29 noyabr 2022-ci ildə təyin olunub. Ordu rəhbəri təyin edilməzdən əvvəl Qərargah Komandanlığında Təchizat üzrə Baş Komandan kimi fəaliyyət göstərib.Pakistanın birinci Müdafiə Qüvvələri Rəisi vəzifəsinə tarixdə ilk dəfə feldmarşal Asim Munir təyin olundu (İstifadə tarixi: 26.06.2026)
Həyatı Asim Munir Qərbi Pakistanın Ravalpindi şəhərində, Hindistanın Pəncab əyalətinin Calandhar bölgəsindən olan pəncablı bir ailədə doğulub. Ailəsi Hindistanın 1947-ci ildə bölünməsindən sonra mühacirət edib. Onlar əvvəlcə Toba Tek Singh bölgəsinə, daha sonra isə Ravalpindidəki Dheri Hasanabad məhəlləsinə köçüblər.
Onun atası Seyid Sarvar Munir, Ravalpindidə yerləşən FG Texniki Orta Məktəbinin direktoru və eyni zamanda Dheri Hasanabad məhəlləsindəki Qureyş məscidinin imamı olub və tez-tez cümə xütbələri verirmiş. Munirin iki qardaşı var: Seyid Qasım Munir və Seyid Haşim Munir. Qardaşlarından biri dövlət məktəbində müəllim işləyir.
Asim Munir dini təhsilini Ravalpindidəki ənənəvi bir İslam məktəbində – “Dar Ət-Təcvid” mərkəzində alıb. Gənclik illərində isə yerli kriket komandasının sürətli top atan oyunçularından biri olub.
Sonralar təhsilini Yaponiyadakı “Fujiy” Hərbi Məktəbində, Kvettadakı Komandanlıq və Qərargah Kollecində, Kuala Lumpurda yerləşən Malayziya Silahlı Qüvvələri Kollecində və İslamabaddakı Milli Müdafiə Universitetində davam etdirib. O, burada dövlət siyasəti və strateji təhlükəsizlik idarəçiliyi üzrə magistr dərəcəsi alıb.
Asim Munir, Manqladakı Zabit Hazırlıq Məktəbinin 17-ci buraxılışının məzunudur. O, Sərhəd Qvardiyasının 23-cü batalyonunda xidmətə başlayıb və hərbi karyerasına 25 aprel 1986-cı ildə start verib.
Mayor rütbəsində olarkən o, Pakistanla Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq çərçivəsində Ər-Riyadda xidmət edib. Eyni zamanda Siaçin buzlağı bölgəsində də xidmət göstərib.
General-mayor rütbəsinə yüksəldikdən sonra, o, Pakistanın “İlk Zərbə Korpusu”nun (Manqla) Baş Qərargah rəisi olub və Şimal bölgələrində yerləşən piyada briqadasına rəhbərlik edib. 2024-cü ildə general-leytenant rütbəsi alan Munir, Pakistanın şimalında yerləşən qüvvələrə komandanlıq edib.
2016-cı ildə o, Pakistan Hərbi Kəşfiyyat İdarəsinin (MI) baş direktoru olub. 2018-ci ilin mart ayında "Hilal-e-Imtiaz" – “Fərqlənmə Ayı” medalı ilə təltif edilib. Həmin ilin sentyabrında ordu generalı rütbəsinə yüksəldilib və dərhal sonra ISI-nin başına gətirilib.
2019-cu ilin iyununda ISI rəhbəri postunda general Fəiz Həmid onu əvəz edib. Sonra Munir 2019-cu ildə Cuciənavala şəhərində yerləşən ordu korpusunun komandanı təyin olunub. 2021-ci ildən 2022-ci ilin noyabrına qədər o, Təchizat üzrə Baş Komandan kimi Qərargahda xidmət edib. Noyabr ayında isə general rütbəsinə (4 ulduzlu) yüksəldilərək Pakistan Ordusunun Baş Qərargah rəisi təyin olunub.
Asim Munir bu vəzifəyə təyin edilərkən Pakistan Ordusundakı ən yüksək rütbəli general idi. 2022-ci ilin dekabrında Prezident Arif Əlvi tərəfindən ona “Nişan-e-Imtiaz” – “Fərqlənmə Ordeni” təqdim olunub. Mükafatlandırma mərasimi Prezident Sarayında baş nazir Şahbaz Şərifin iştirakı ilə keçirilmiş, tədbirdə parlament üzvləri, nazirlər və diplomatlar iştirak etmişlər.
Munir, Pakistan ordusunun tarixində həm “Şərəf Qılıncı”nı qazanmış, həm də Baş Qərargah rəisi təyin olunmuş üçüncü şəxsdir. Ondan əvvəl yalnız Asif Nəvaz Cəncua və Cahangir Kəramat bu yolu keçmişdir. Həmçinin, Pakistan tarixində eyni zamanda həm Hərbi Kəşfiyyat İdarəsinə (MI), həm də Daxili Kəşfiyyat Xidmətinə (ISI) rəhbərlik etmiş yeganə ordu başçısıdır.Seyid Asim Munir Əhməd Şah Kimdir? (İstifadə tarixi: 26.06.2026) Həmçinin bax Pakistan Xidmətlərarası Kəşfiyyat Pakistan Silahlı Qüvvələri Pakistan Quru Qoşunları
İstinadlar
Xarici keçidlər