Tağıyev: Məktəb — xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dörd hissəli "Tağıyev" filminin dördüncü və sonuncu hissəsi. Rejissoru Zaur Qasımlıdır. Film Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. 2026-cı ildə Azərbaycandan 99-cu Oskar mükafatının "Ən yaxşı beynəlxalq bədii film" nominasiyasına təqdim edilib.
Məzmunu Filmin hadisələri 1901-ci ilin mayında başlayır. Hacı Zeynalabdin Tağıyev Bakıda ilk müsəlman qız məktəbini açmağa çalışır, həyat yoldaşı Sona xanım ona kömək edir. Axund Əbu Ziyad bu təşəbbüsə qarşı çıxır. Filmdə Tağıyevin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin (İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbi) fəaliyyətə başlaması və onun bu yolda üzləşdiyi çətinliklər təsvir olunur.
Film haqqında Filmin işçi adı "Himayədar" olub. Kinoteatrlarda nümayişinə 2026-cı il aprelin 30-dan başlanılması elan edilib. Təqdimat mərasimi 2026-cı il mayın 1-də Heydər Əliyev Mərkəzində keçirilib.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, "Neqsol Holding", Kapital Bank, Bakcell və "Norm" şirkətlərinin sponsorluğu ilə istehsal olunub.
Azərbaycan filmlərinin Oskara təqdim edilməsi üzrə komissiyanın sədri Şamil Əliyev filmin 99-cu Oskar mərasimində "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyasında Azərbaycanı təmsil edəcəyini açıqlayıb. Tetralogiyanın birinci hissəsi "Tağıyev: Neft" də bir il əvvəl Oskara təqdim edilmişdi. Trend-in məlumatına görə, "Tağıyev" filmlərini Azərbaycan kinoteatrlarında 200 mindən çox tamaşaçı izləyib.
Film heyəti Film üzərində işləyənlər Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədli, montaj rejissoru isə Əsgər Rəhimovdur.
Rollarda Pərviz Məmmədrzayev — Hacı Zeynalabdin Tağıyev Qurban İsmayılov — yaşlı Hacı Zeynalabdin Tağıyev Fəridə Qurbanova — Sona Manaf Dadaşov — Əbu Ziyad Rasim Cəfər — Ağa Musa Nağıyev Vadim Stepanov — Cerri Tompson Ceyhun Məmmədov — molla Zaur Qasımlı — fotoqraf Sənan Əlləz Rüstəm Cəbrayılov Vüsal Hacı-Qədir
Filmdə həmçinin Məmməd Səfa, Mehriban Zəki, Elşən Rüstəmov, Nofəl Şahlaroğlu və başqa aktyorlar çəkilib.
Həmçinin bax Tağıyev: Neft Tağıyev: Çar Tağıyev: Sona
İstinadlar
Kateqoriya:2026-cı ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın bioqrafik filmləri Kateqoriya:Hacı Zeynalabdin Tağıyev haqqında filmlər Kateqoriya:Bakı haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər