Məmməd Əmirəli oğlu Beydullayev (15 yanvar 1953, Nohurlar kəndi, Dəvəçi rayonu) — Azərbaycan dövlət xadimi və generalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin kadrlar və hərbi təhsil üzrə nazir müavini, Bakı qarnizonunun rəisi və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifələrində xidmət etmiş hərbiçi.

Həyatı Məmməd Əmirəli oğlu Beydullayev 15 yanvar 1953-cü ildə Şabran (Dəvəçi) rayonunun Nohurlar kəndində dünyaya gəlmişdir.

Sovet ordusu dövrü

1971-ci ildə Azərbaycan Respublikası Ali Soveti adına Bakı Ali Ümumiqoşun Komandirlər Məktəbini bitirmişdir. 1986-cı ildə Moskvada M.V.Frunze adına Hərbi Akademiyanı bitirərək ali hərbi təhsil almışdır. 1975-1990-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində Uzaq Şərq Hərbi Dairəsində və Macarıstanda sovet qoşunları tərkibində müxtəlif komanda-qərargah vəzifələrində tağım,bölük komandirləri, taborun qərargah rəisi, tabor komandiri, alayın qərargah rəisi vəzifələrində xidmət keçmişdir.

Müstəqillik dövrü fəaliyyəti

1991-ci il noyabrın 4-ü tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələri yaranan ilk günlərində Müdafiə Nazirliyində əməliyyat idarə rəis müavini,1994-cü ildə Bakı Dövlət Universitetində bərpa edilmiş hərbi kafedranın rəisi təyin edilmişdir. 17 iyul 1995-ci ildən Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Müdafiə Nazirliyinin kadrlar və hərbi təhsil üzrə müavini vəzifəsinə təyin edilmişdir. 25.06.1995-ci ildən Müdafiə Nazirliyinin müvafiq əmri ilə Bakı qarnizonu rəisi təyin edilmişdir. Nazir müavini olduğu dövrdə kadrlar və hərbi təhsil sistemində çox saylı islahatlar aparılmış, onun NATO standartlarına uyğunlaşdırılması və keçilməsi istiqamətində əməli işlər görülmüşdü. Yeni hərbi təhsil ocaqları fəaliyyətə başlamışdı. 1995-ci ildən "müddətdən artıq hərbi qulluq keçənlər üçün kurslar", hər bir hərbi ixtisas üçün gizirlər kursları, hərbi feldşerlər məktəbi, hərbi həkimlərin hazırlanması üçün kurslar, ordunu müxtəlif ixtisaslı zabitlərlə təmin olunması üçün ehtiyyatdan çağırılan zabitlər kursu (Qaraheybət təlim-tədris mərkəzi), Bakı Ali Ümumqoşun komandirlər məktəbi və Bakı Ali Dənizçilik məktəbinin NATO standartlarına uyğunlaşdırılması və 1997-ci ildən yeni proqramlarla tədrisə başlanması, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim-tədris mərkəzinin yaradılması və 2001-ci ildə fəaliyyətə başlaması,1997-ci il Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması və fəaliyyətə başlaması.13-ü yanvar 2003 ildə Mudafiə Nazirliyinin Kadrlar Və Hərbi Təhsil Üzrə Müavini vəzifəsindən azad edilmişdir. 24 dekabr 2003-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş inspeksiya rəisi təyin edilmişdi. Bu vəzifədə 24.12.2003 - 24.10.2013-cü illərdə qulluq etmişdi. Bu illərdə Silahlı Qüvvələrin Baş inspeksiyasının əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daimi yüksək səviyyədə saxlamaq, döyüş nizamnamələrinin tələblərinə uyğun ardıcıl şəxsi heyətin nəzəri və praktik bilik və bacarıqlarını artırmaq, qoşunların döyüşə hazırlığını daimi nəzarətdə saxlamaq və gücləndirmək, qərargahların taktik və operativ hazırlıqlarını müasir tələblərə uyğunlaşdırmaq olmuşdur. 24 oktyabr 2013-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Baş inspeksiya rəisi vəzifəsindən azad edilmişdir.

Təltifləri

Azərbaycan Respublikasının təltifləri "Hərbi xidmətlərə görə" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı

SSRİ-nin təltifləri "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı SSRİ-nin 1-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı SSRİ-nin 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalı SSRİ-nin 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" medalı SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Vətənə xidmətlərinə görə" ordeni

İstinadlar

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:General-mayorlar Kateqoriya:Generallar Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri Kateqoriya:15 yanvarda doğulanlar Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:M. V. Frunze adına Hərbi Akademiyanın məzunları Kateqoriya:Azərbaycan generalları