Kavdar — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Hacılı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 4-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Arazboyu düzənlikdədir. Tədqiqatçıların ehtimalına görə, kəndin adı qədim türkdilli qovlar tayfasının adını əks etdirir. Peçeneq tayfalarından biri olan qovların adına Tovuz, Sabirabad, İsmayıllı, Samux və başqa rayonların toponimiyasında da rast gəlmək mümkündür. Kavdar qovlar etnoniminin yerli tələffüz formasıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri