Xanılı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 1920-ci illərə qədər kənd Xanılar kəndi adlanırdı. Yaşayış məntəqəsi Xanı şəxs adı və "-lı" nəsil, mənsubiyyət bildirən şəkilçidən ibarətdir. Xanılı kəndində yaşı 70 den yuxarı evlər mövcuttur. Həmçinində vaxtı ikən Xanılı kəndinin xeyriyəçisi tərəfindən tiktirilmiş məscid vardır.
Toponimikası Dağətəyi ərazidədir. Keçən əsrin əvvəllərində Xanılarkənd variantında qeydə alınmışdır. Yaşayış məntəqəsini xanılı (və ya xanılar) nəslinə mənsub ailələr bina etdiyinə görə belə adlanmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 362 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq, quşçuluq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Cəlilabad rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəlilabad rayonunun kəndləri