Xatirələr sahili — Rejissor Yalçın Əfəndiyevin filmi.Ağa, M. Səlimin cinayəti, prokurorla redaktorun fikir həmrəyliyi və ya atamın dəqiq olmayan yetmiş yeddinci ad günü haqqında: [rejissor Yalçın Əfəndiyevin “Xatirələr sahili” filmi haqqında] //Ədəbiyyat qəzeti.- 2015.- 11 iyul.- S.25.
Məzmun Filmdə İkinci Dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır.
Filmdə "müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib?" kimi məsələlərdən söhbət açılır.
Film haqqında Film quruluşçu rəssam Firəngiz Qurbanovanın kinoda ilk işidir.
Film aktyor Əliabbas Qədirovun kinoda ilk işidir.
Film aktyor Gümrah Rəhimovun kinoda ilk işidir.
Film aktyor Telman Adıgözəlovun kinoda ilk işidir.
Film 2-ci kateqoriyaya layiq görülmüşdür.
Filmin əsas musiqisi ilə yanaşı Xəyyam Mirzəzadənin bəstələdiyi və 1970-ci ildə lentə alınan "Toyda görüş" musiqili filmində ifa olunmuş "Bir səhər" şərqisindən də istifadə olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Oqtay Orucov Quruluşçu rejissor: Yalçın Əfəndiyev Quruluşçu operator: Zaur Məhərrəmov Quruluşçu rəssam: Firəngiz Qurbanova, Fikrət Əhədov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov Rejissor: Ramiz Əliyev Quraşdırılmış səhnələrin operatoru: Vaqif Muradov Qrim rəssamı: G.Koçarov Montaj edən: Tamara Nərimanbəyova, A.Abramova Redaktor: Nataliya Şneyer Rejissor assistenti: Adil İsmayılov, Zirəddin Tağıyev Operator assistenti: S.Kaşiyev, Hüseyn Mehdiyev, Rafiq Əmirov Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D.Ştilman Filmin direktoru: Əli Məmmədov Mahnı İfa edən: Oqtay Ağayev (titrlərdə yoxdur)
Rollarda Tofiq Mirzəyev — Aydın Kazımzadə Həsənağa Turabov — Kamran Əliabbas Qədirov — İmran Zahidov Rafiq Əzimov — Vəli Gümrah Rəhimov — Səlim Samir Səlimov — Aydın Kazımzadə (uşaq) Comərd Əliyev — Kamran (uşaq) Ələkbər Əliyev — İmran Zahidov(uşaq) Çingiz Quliyev — Vəli (uşaq) Bəhruz Qarayev — Səlim (uşaq) Murad Heydərov — Murad Amaliya Pənahova — Xalidə Telman Adıgözəlov — Şamil Ələddin Abbasov — Əhməd dayı Ə.Sultanov — prokuror
Epizodlarda Şəmsi Bədəlbəyli — Əli Kərimoviç Nəcəfov Leyla Şıxlinskaya — Rəna E.Nuriyeva Sadıq Hüseynov — Bəşir Zemfira Sadıqova — Əminə Süleyman Ələsgərov — Yusifov Nadir Əsgərov — aşpaz A.Süleymanova Z.Babayeva R.Əliyarova S.Mirzəyeva R.Tağızadə Muxtar Avşarov — çəkməçi İlham Namiq Kamal — gənc şair(titrlərdə yoxdur) Sədaqət Zülfüqarova — Mürsəlova (titrlərdə yoxdur) Süsən Məcidova — Səlimin nənəsi (titrlərdə yoxdur) Osman Həqqi — qonaq (titrlərdə yoxdur) "Halay" Ansamblı (titrlərdə yoxdur) Anar — redaksiya işçisi (titrlərdə yoxdur) Fateh Fətullayev — vəzifəli şəxs (titrlərdə yoxdur) Zirəddin Tağıyev — Bahadur Hacızadə (titrlərdə yoxdur)
Filmi səsləndirənlər Şahmar Ələkbərov — Aydın (Tofiq Mirzəyev) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Rəna (Leyla Şıxlinskaya) (titrlərdə yoxdur) Kamil Qubuşov — Nəcəfov (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Əhməd dayı (Ələddin Abbasov) (titrlərdə yoxdur) Müxlis Cənizadə — prokuror (Ə.Sultanov) (titrlərdə yoxdur) Səməndər Rzayev — vəzifəli şəxs (Fateh Fətullayev) (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 269. Sevda Sultanova. Film ciddi çəkilib, amma gülüş doğurur – NAMƏLUM KİNO
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1972-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri