Göyməmmədli — Azərbaycan Respublikasının Şəmkir rayonunun Qasımalılar kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Şiştəpə kəndindən çıxmış ailələr salmışlar. Keçmış adı Goycuxa Məmmədli olmuşdur. Etnotoponimdir. Tovuz rayonunda Göyməmmədli dərəsi qeydə alınmışdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.

Əhalisi Kənd əhalisi 574 nəfərdir ki, onunda 283 nəfəri kişi, 291 nəfəri isə qadınlar təşkil edir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri