Güllük — Azərbaycan Respublikasının Qax rayonunun Güllük kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi • Kəndin əhalisinin 64%-i azərbaycanlı(türk), 24%-i qaraçı, 12%-i isə saxur mənşəlidir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

• Kənddə 6 tabun (məhəllə) vardır və hər bir tabun orada yaşayan əsas aparıcı nəslin adı ilə adlanır: Oba tabun, nemeslər tabun,qaraşıxlar tabun, daşlı tabun,pakuliy tabun-(əhalisini saxurlar təşkil edir).

Toponimikası Güllük oyk., sadə. Alazan–Əyriçay çökəkliyində Dağıstanın Saxur kəndindən köçüb gəlmiş ailələrin Güllük adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim "gül, çiçək olan ərazi" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Həmçinin bax Güllük kənd məscidi

Xarici keçidlər Azərbaycanımızın şəhər və rayonları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanası

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri