Məzmun Azərbaycanda qeyri-adi laboratoriya vardır. Bu laboratoriyada adi insanlar işləyirlər. Onları herpentoloq, laboratoriyanı isə herpentoloji adlandırırlar.

Filmin qəhrəmanı Eldar Xanlarov hər gün 100-dən artıq gürzə ilə mübarizədən qalib çıxır. O, insanlara lazım olan zəhəri əldə edir. Zəhərdən isə insanları bir sıra xəstəliklərdən xilas edən çoxlu qiymətli dərmanlar hazırlanır. Bu laboratoriyada 2300 gürzə saxlanılır və dünyada ən nadir və ən iri "mağaza" hesab olunur.

Film Azərbaycan alimlərinin cəsarətli təcrübəsindən bəhs edir. Onlar inkubasiya şəraitində gürzə balasını almağa müvəffəq olublar. Gürzənin zəhəri isə insan həyatı üçün mübarizədə çox vacibdir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Teymur Bəkirzadə Ssenari müəllifi: M.Sultanov, Teymur Bəkirzadə Operator: Şərif Şərifov Səs operatoru: Akif Nuriyev

Kateqoriya:1984-cü ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı sənədli filmlər Kateqoriya:Teymur Bəkirzadənin filmləri