Kiko Mizuhara (; 15 oktyabr, 1990, Dallas) — yaponiyalı fotomodel və aktrisa. ViVi və Seventeen glamur moda jurnallarının eksklüziv modelidir.

Həyatı və yaradıcılığı Kiko Dallasda (Texas ştatı) anadan olmuşdur. Onun anası koreya əsilli Yaponiya vətəndaşıdır, atası isə amerikalıdır. Ashley (Yuka) adlı kiçik bacısı var. Kikonun 1 yaşı olanda o valideynləri ilə Tokioya, sonradan isə Kobeyə köçür. 2003-cü ildə, Kikonun 13 yaşı olanda valideynləri boşanır. Atası ABŞ-yə qayıdır, Kiko isə anası ilə Kobe də qalır.

Karyera 2001-ci ildə Kikonun model karyerası başlayır. İlk olaraq, Seventeen moda jurnalı üçün çəkilən Kiko, sonradan oxucuların populyarlığını qazanır və ViVi adlı jurnal ilə də birgə müqavilə bağlayır. 2010-cu ildə Kiko "Norveç meşəsi" filmində ilk debüt rolu - "Midori" adlı filmə çəkilir.

Filmoqrafiya Norveç meşəsi (film, 2010) / ノルウェイの森

Kateqoriya:Yaponiya aktrisaları Kateqoriya:Yaponiyadakı ABŞ qürbətçiləri Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:XXI əsr aktrisaları