Kamal Hüseynağa oğlu Məmmədbəyov () — görkəmli SSRİ və Azərbaycan memarı, professor, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki (1993), Azərbaycan SSR əməkdar memarı (1975).
Həyatı Tofiq Məmmədbəyovun və Leyla Məmmədbəyovanın qardaşıdır.
Elmi tədqiqatları Sumqayıt şəhərinin şəhərsalma və memarlıq üzrə ilk tədqiqatlar Azərbaycan alimi Kamal Məmmədbəyov tərəfindən keçirilib. Aparılan araşdırma nəticəsi sayılan çoxsaylı elmi əsərlər və monoqrafiya Sumqayıt şəhərinin memarlıq və şəhərsalma inkişafına həsr olunmuşdur.
1988-ci nəşr olunmuş kitabı Sumqayıt şəhərinin memarlığına və şəhərsalmasına həsr olunub.
Sumqayıt Tarix Muzeyinin arxiv fonduna Məmmədbəyov tərəfindən böyük həcmdə yaradılmış qrafiki-illüstrativ material təmənnasız bağışlanmışdır.
İstinadlar
Xarici keçidlər Tanış olun - Kamal Məmmədbəyov Kateqoriya:Azərbaycan memarları Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Akademiklər Kateqoriya:Gürcüəsilli azərbaycanlılar Kateqoriya:Yasamal qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Professorlar Kateqoriya:SSRİ memarları Kateqoriya:Şirvanşahlar