() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Ümumi yayılması Azərbaycan.

Azərbaycanda yayılması Naxçıvanın Şahbuz rayonunda (Tirkeş kəndi) yayılmışdır.

Statusu Azərbaycanın nadir bitkisidir. VU C2a(i).

Bitdiyi yer Azərbaycan Naxçıvan dağlarının quru, daşlı yamaclarında, dəniz səthindən 1400–1500 m hündürlükdə yayılmışdır.

Təbii ehtiyatı Azərbaycanda təbii ehtiyatı azdır.

Bioloji xüsusiyyətləri Yarpaq tökən, 1-2 sm diametrində olan, budaqları qalın və yoğun tikanlarla örtülü, 50-70 sm hündürlüyündə koldur. Kollarının üzərindəki budaqlardan çoxlu qısa yan budaqları çıxmışdır.

Bitkinin köhnə tikanları boz horizontal, yaxud aşağı əyilmiş, 5-9 sm uzunluqda, 2 sm enində olur. Yarpaqaltlıqları 18 mm uzunluqda, 4/5 hissəsi saplaqla birləşmiş, arxası və əsası sıx, ağ tüklü, ucu bizvarı, ətrafı az, yaxud çox kirpikciklidir.

Yarpaqları 10 sm uzunluqda, yarpaqcıqları 4 (5) cüt ellipsvarı, hər iki tərəfi nazik, yuxarısı qısa, 1–2 mm uzunluqdadır. Tikanları 2,5-3 sm uzunluqda, 7 mm-ə qədər enində olub, çılpaq, qalın və yaşıl rənglidir.

Çiçəkaltlıqları 2 mm enində, pərdəşəkilli, uca doğru isə uzun kiprikciklidir.

Kasacığı 17 mm uzunluqda olub, əsasına oyulmuş, ağ tüklü, 2 mm-ə qədər uzunluğa çatan bizvarı çıxıntısı vardır.

Meyvəsi böyrəkvarı formalı, qəhvəyi-sarı rəngdədir. Paxlası tərs yumurtavari, ağ tüklü, 6 mm-ə qədər uzunluqda olub, içərisində 1 ədəd toxumu vardır.

Çoxalması Təbii şəraitdə toxum vasitəsilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətinin təsiridir.

Becərilməsi Becərilməsi haqda məlumat yoxdur.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi tövsiyə olunur.

İstinadlar

Həmçinin bax