Paraqvay vətəndaş müharibəsi (1947) və ya Quarrani inqilabı .Hərbi konfilikt siyasi-ictimayi qüvvələrin toqquşması nəticəsində 1947- ci illin mart və avqust ayları ərzində baş verir.
Konfiliktən öncəki vəziyyət
1940-ci ildə Hurinyo Moriniqo hakimiyyətə gəlir.O konsitutsiyanın ləğvi və siyasi partiyalatın fəsliyyətinə qadağa qoyur.Prezidentın bu addımı ölkədə kütləvi tətillərə,itayətsizliklərə və tələbə cıxışlarına səbəb olur.Asunsonda 1944-cı ilin fevral və aprel aylarında kütləvi tətillər baş verir.1945-ci ildə Moriniqo həmkarlar ittifaqının üzərinə hər işçinin maaşinin 3% Dövlət sosial təminat fonduna verməsi haqqında fərman verir.Ölkə itayətsizliklər girdabına düşür.Ancaq cıxışlar qəddarlıqla yatırılır və cıxışçılar Cakoda yerləşən düşərgələrə göndərilir (700 nəfər).Bu cıxışlar Moriniqonu müəyyən geri addım atmağa məcbur olur.Belə ki bir çox partiyaların fəaliyyətinə icazə verilir.Leyboristlər və Febreristlər partiyasın fəaliyyəti leqallaşır.Həmcini dövlət orqanlarında işləyən və nasistlərə meyil edən şəxslər dövlət idarəçiliyindən uzaqlaşdırılır.Söz azadlığı bərpa edilir.Kolorado və Febreristlər müştərək ölkəni idarə edir.1946-ci ildə Moniriqo vədləri tam yerinə yetirmir.1946-ci ilin Moriniqo və Kolorado partiyası ilə "Qion Poxo"nun yardımı sayəsində dövlət cevrilişinə cədh göstərir.Febreristlər 11 fevralda hökumətdən getdiyini bildirirlər.Bundan sonra siyasi partiyalara qarşı təqib başlayır.Partiyalar qadağan edilir.Bu da öz növbəsində vətəndaş müharibəsinə gətirib cıxarır.Febreristlər ,Liberallar və Kamunistlər öz aralarında razılığa gələrək koalisiya yaradılır.Rafael Franko üsyana başçılıq edirdi.Üsyanın əvvəlində sakitliyini qoruyan ordu işə müdaxilə etməli olur.Kolorado istisna olmaqla bütün partiyalar bu üsyana dəstəkləyir.Bankirlər ,ordunun 11 diviziyasından dördü üsyançılara qoşulur.Hökumət Kolorado partiyası tərəfdarları,3 kavalerlər eskadronu ,Asunsonda yerləşən 3 diviziya və Paraquaridə artilleriya diviziyasına malik idi. Müharibə 8 mart 1947-ci ildə Konsenson və Cakoda yerləşən qüvvələr müxalifətə dəstək verir. Müvvəqəti hökumət qurulur. Onun başçısı polkovnik Vilaqra seçilir. Üsyançılar demokratik təsisatlar və azad seçkilər tələb edirlər. Döyüş bölgəsinə hər iki tərəf öz arsenalında olan güvvələrini yeridir. Bu toqquşmalar 5 ay müddətində davam edir. Üsyançılar hökumət qüvvələrinə ağır zərbə vurur və paytaxta qədər gəlsədə sonda məğlub olurlar. Məğlubiyyatın əsas səbəbi üsyançıların rəhbərliklərində birliyin olmaması və rəhbərlik üstündə gedən mübarizə olur. Moniriqo hökumətinə Argentina və ABŞın maddi və hərbi yardımıda az təsir göstərmir. Hətta dövlət tərəfində vuruşan kavalerlər eskadronuna ABŞ hərbi ataşesi rəhbərlik edirdi.
Nəticə Kolorado partiyası ölkədə tək partiya elan edilərək ,digər partiyaların fəaliyyətinə qadağa qoyulur. Bu müharibədə 55,000 insan ölür.Bunu 50,000 mülki vətəndaş təşkil edirdi.5,000 insan islah əmək düşərgələrində həbs edilir.150,000 insan ölkəni tərk edərək miqrantlara cevrilir.
İstinad
del Gral.Stroessner. regimen.thm Creación del Banco Central del Paraguay.
Kateqoriya:Müharibələr Kateqoriya:Vətəndaş müharibələri Kateqoriya:Cənubi Amerika müharibələri Kateqoriya:1947-ci ildəki hadisələr Kateqoriya:Paraqvay tarixi Kateqoriya:Paraqvayın müharibələri Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:Soyuq müharibə münaqişələri