Valpurgiya gecəsi — bütpərəstlik dövründə qədim germanların mayın 1-nə keçən gecə bahar bayramı; VIII əsr alman xalq rəvayətinə görə, Almaniyanın Brokken dağında ifritlərin bayramı (ifritlərin böyük gecə məclisi). Katolik müqəddəsi Valpurgiyanın xatirə günü (mayın 1-i) bu bayramla bir vaxta düşdüyündən belə adlanır. Valpurgiya gecəsindən ədəbi və musiqi süjeti kimi istifadə edilmişdir (İohann Götenin "Faust" əsəri, Şarl Qunonun eyniadlı operası, Henrix Heynenin "Yol mənzərələri" və s.).
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Folklor Kateqoriya:Mifologiya Kateqoriya:1 maydakı bayramlar Kateqoriya:Qeyri-rəsmi bayramlar Kateqoriya:Avropa mədəniyyəti Kateqoriya:Orta əsrlər əfsanələri Kateqoriya:Xüsusi günlər