Başköy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 11 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д. Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К. П. Казловского, 1913. s.34 qeyd edilmişdir.

Toponim Azərbaycan dilində "böyük, əsas, yuxarı" mənasında işlənən baş sözü ilə, türk dilində "kənd" mənasında işlənən köy sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranmışdır. Quruluşca mürəkkəb toponimdir.

XX əsrin 20-ci illərində kəndin adı erməni dilinə kalka edilərək Başqyuğ (Başkənd) qoyulmuşdur.

Əhalisi Kənddə 1830-cu ilə kimi qarapapaqlarazərbaycanlıların etnoqrafik qrupu — İbrahim Bayramovun fikrincə yaşamışdır.

1830-cu ildə buraya Türkiyənin Muş vilayətindən ermənilər köçürülüb yerləşdirilmiş və kəndin əsas sakinləri-azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

İstinadlar

Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri