Tomris İncer () — Türkiyə aktrisası.

Həyatı Tomris İncer 1948-ci il martın 16-da Bolqarıstanda doğulub. 1974-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. Türkiyənin film və seriallarında rol alan Tomris İncer Azərbaycan tamaşaçılarına "Mahmud və Məryəm" filmindən yaxşı tanışdır.

5 oktyabr 2015-ci ildə Türkiyənin İstanbul şəhərində, 67 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Filmoqrafiya Belə bitməsin (teleserial, 2012) Mahmud və Məryəm (film, 2013)

İstinadlar

Kateqoriya:Bolqarıstanda doğulanlar Kateqoriya:İstanbulda vəfat edənlər Kateqoriya:İzmirdə dəfn olunanlar Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:Türkiyə film aktrisaları