Crunchyroll — anime, manqa, dorama, musiqi, elektronik əyləncə və avtoidman yarışları yayımlayan beynəlxalq onlayn cəmiyyət və ABŞ saytı. 2006-cı ildə Berkli Kaliforniya Universiteti məzunlarından ibarət bir qrupu tərəfindən yaradılmışdır. Crunchyroll bütün dünyada 20 milyondan çox istifadəçiyə xidmət göstərir. Otter Media və TV Tokyo bu şirkətin sahibidir.
Crunchyroll istifadəçilərinə 200-dən çox anime serialına və 200-dən çox Asiya doramasına baxmağı təklif edir. Lakin lisenziya məhdudiyyətlərinə görə bir çox anime və doramalar bütün dünyada nümayiş etdirilə bilmir.
Anime lisenziyaları Aşağıdakı animelər Crunchyroll tərəfindən Şimali Amerikada buraxılmaq üçün lisenziyalaşdırılmışdır. Berserk (2016) Big Order Free! — Iwatobi Swim Club (ancaq I mövsüm, Discotek Media-dan) Gin Tama (Sentai Filmworks-dan) Kabaneri of the Iron Fortress Myriad Colors Phantom World Twin Star Exorcists Yamada-kun and the Seven Witches
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Anime sənayesi Kateqoriya:Anime şirkətləri Kateqoriya:Anime və manqa saytları Kateqoriya:Android proqramları Kateqoriya:Striminq xidmətləri Kateqoriya:2006-cı ildə yaranan saytlar Kateqoriya:Seç-izlə xidmətləri Kateqoriya:Abunəli seç-izlə xidmətləri