() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab(v). Azərbaycanın endemik növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanaq çox böyük deyil, basılmış şarvaridir. Gövdə hündür, 35–50 sm, çılpaqdır. Yarpaqlar növbəli, 5–7 ədəd, neştərşəkilli, aşağı yarpaqlar 1,5 sm-ə qədər enində, yuxarıdakılar ensiz, 0,5 mm-ə qədər olur. Çiçəklər çox iri, təkdir. Çiçəkyanlığı 5 sm-ə qədər uzunluğundadır. Erkəkcik çiçəkyanlığından nəzərəçarpacaq dərəcədə qısadır. Sütuncuq ortadan 3 ağızcığa bölünmüşdür.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may ayına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Meşələrdə, qayalıq yerlərdə yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.

Yayılması Diabar.

Sayı və tendensiyası Az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər Əhali tərəfindən yığılması və zoogen amillər.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni bitmə yerlərinin axtarılması, yasaqlıqların salınması vacibdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Gürcüstan florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:1919-cu ildə təsvir edilən bitkilər