Hadisələr 16 fevral — Birinci Dünya müharibəsinin gedişində Qafqaz cəbhəsində hücumu (1915-ci ilin dekabrından) davam etdirən çar Rusiyasının qoşunları tərəfindən Türkiyənin Ərzurum bölgəsinin işğal olunması. Cənubi Afrikada ilk səssiz bədii filmin – "Kolonistlər" filminin istehsal olunması. 14 may — Azərbaycanın ilk tammetrajlı bədii filminin – İbrahim Musabəyovun "Neft və milyonlar səltənətində" filminin nümayiş etdirilməsi. 12 sentyabr — Vilnus səmasında qeyri-bərabər döyüşdə ilk azərbaycanlı təyyarəçi F. Qayıbov düşmənin üç təyyarəsini vurdu, özü isə həlak oldu. Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasının tamaşaya qoyulması. Müslüm Maqomayev "Şah İsmayıl" operasını yazdı.
Doğumlar 5 aprel – Qreqori Pek – Hollivud aktyoru.
Ölümlər 6 fevral – Riçard Dedekind 5 iyun – Mehmet Şükrü Paşa, Osmanlı generalı.
Kateqoriya:1916-cı ildəki hadisələr