Aşıq Zülfiyyə (İbadova Zülfiyyə; ) — Azərbaycan aşığı. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2017), Azərbaycan komsomolu mükafatının laureatı (1987). "Aşıq Pəri" Məclisinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü.
Həyatı Aşıq Zülfiyyə 1970-ci il noyabr ayının 26-da Tovuz rayonunun Alakol kəndində anadan olmuşdur.
Aşıqlıq fəaliyyəti On dörd yaşından peşəkar səviyyədə saz çalmağa başlamışdır. İlk ustadı dayısı Fərrux olmuşdur.Məhərrəm Hüseynli, "Tovuz aşıqları", Bakı, "Şuşa" nəşriyyatı, 2003. səh.165–167
"Aşıq Pəri" Məclisinin ən kiçik üzvü olmuşdur. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
1986-cı ildə Almaniyaya, 1987-ci ildə Moskvaya festivala getmişdir.
Təltifləri 1987-ci ildə Azərbaycan komsomolu mükafatının laureatı olmuşdur.
1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalı təqdim edilmişdir.
"Xan qızı Natavan" mükafatı ilə təltif edilmişdir.
15 sentyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
Ailəsi Aşıq Zülfiyyənin babası da aşıq olub. Zülfiyyəgil ailədə səkkiz uşaq olublar.
Zülfiyyənin həyat yoldaşı Sakit də Tovuz rayonundandır. Babək adında 1 oğlan övladları var. Babək də müğənni kimi fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycanın qadın musiqiçiləri Kateqoriya:Aşıq Pəri Məclisinin üzvləri