Hadisələr 18 yanvar - Yaponiyanın "21 tələb"i Çinə təqdim etməsi. 7 fevral - 8-ci alman ordusunun Sərqi Prussiyada rus ordusuna qarşı hərbi əməliyyatlara başlaması. 15 fevral - Londonda Antanta ölkələrindən olan (Böyük Britaniya, Fransa, Belçika və Rusiya imperyasının, bolşeviklər istisna olmaqla) sosialistlərinin I Konfransının keçirilməsi. 23 may - İtaliya tərəfindən Avstriya-Macarıstana müharibə elan edilməsi. 19 oktyabr - məxsus "Qanqut" linkorunda əsgər həyəcanlarının başlanması. 27 oktyabr - Avstraliyanın Baş Naziri, leyborist Endryu Fişerin istefa verməsi və onu Avstraliya Leyborist Partiyasının yeni lideri Vilyam Morris Xyuzin əvəz etməsi. Almaniyanın ilk dəfə sualtı qayıqlardan və zəhərləyici maddələrdən istifadə etməsi. Kokandda H.Həkimzadə tərəfindən həvəskar teatr yaradılması. 21 aprel - Bakıda «Babayi - Əmir» həftəlik satirik jurnalının ilk nömrəsinin çapdan çıxması. 2 oktyabr - "Açıq söz" - gündəlik ictimai-siyasi və ədəbi qəzetinin nəşrə başlaması.
Doğumlar 18 yanvar — Santyaqo Korilo — İspan siyasi xadimi, İspaniya Kommunist Partiyasının baş katibi. 10 fevral — Vladimir Mixayloviç Zeldin — Rus və sovet teatr və kino aktyoru, SSRİ xalq artisti. 27 fevral — Olavi Virta — Fin müğənnisi, bəstəkar və kino aktyoru. 6 mart — Boris Vasilyeviç İzyumski — Sovet yazıçısı. 8 mart — Tapio Rautavaara — fin müğənnisi, aktyoru və idmançısı. 1 aprel — Georgi Alekseyeviç Kalinkin — Sovet rəssamı. 12 dekabr — Frenk Sinatra, Amerikalı müğənni və aktyor. 19 dekabr — Edit Piaf — fransız müğənnisi. İsmayıl Qəribov — kimya elmləri doktoru (1973), professor (1974) 17 oktyabr — Artur Miller — ABŞ dramaturqu Arçil Gelovani
Ölümlər 11 fevral - Polyak rəssamı Yuzef Balzukeviç. 13 mart: çuvaş şairi, çuvaş ədəbiyyatının klassiki Konstantin Vasilyeviş İvanov. Qraf, rus dövlət xadimi Sergey Yulyeviç Vitte. 20 mart - Kilsə tarixçisi və yepiskop Nikodim (Milaş). Aleksandr Skryabin